Erməni diaspor təşkilatları Nikolun istefasını tələb etdilər ADLAR

25 Noyabr 2020 15:52 (UTC+04:00)

Noyabrın 9-da imzalanmış üçtərəfli atəşkəs bəyannaməsindən sonra ermənilərin müxtəlif diaspor təşkilatlarında etirazlar dalğasına başlanılıb və həmin etirazlar bu gün də davam etməkdədir. SİA xəbər verir ki, bu barədə “Daşnaksyutun”un ictimaiyyətlə əlaqələr ofisi erməni KİV-lərinə məlumat ötürüb.

“İyirmidən artıq struktur və təşkilatlar, xüsusilə müxtəlif ölkələrdə fəaliyyət göstərən “Daşnaksyutun” orqanları köməkçi partnyor strukturlar vasitəsi ilə bəyanat və müraciətlərlə çıxışlar edərək, Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın bəyannaməyə imza atmasını kəskin şəkildə qınayırlar”, deyə adıçəkilən erməni təşkilatının məlumatında bildirilir. SİTAT: “Göstərilən təşkilatlar Ermənistan respublikasının baş nazirini və onun komandasını yaranmış vəziyyətə görə cavabdeh hesab edirlər, imzalanmış sənədi antimillilik və antidövlətçilik olaraq qiymətləndirirlər”.

“Daxili fikir müxtəlifliyi və müxalifətə qarşı zor tətbiq etmə kimi hallardan çıxmaq üçün göstərilən strukturlar "Daşnaksyutun"un ali orqanı ilə həmrəy olduqlarını bildirir, 16 partnyor-partiyaları, onların etiraz aksiyalarının realizələrini və yol xəritəsi təkliflərini dəstəkləyir. Növbəti təşkilatlar və diaspor strukturları Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın və komandasının istefasını tələb edirlər”, deyə məlumatda qeyd olunur:

Küveyt milli strukturları

"Daşnaksyutun"un Qərbi Avropadakı komitəsi

Livanın qırmızı xaç yardım idarəsi

Livanın ümummilli erməni regional gimnastika ittifaqı

"Daşnaksyutun"un və Livanın gənclər birliyinin "Zaviryan tələbə ittifaqı"

"Amazqain" ümummilli erməni təhsil və mədəniyyət ittifaqı

Kanadanın "Daşnaksyutun" mərkəzi komitəsi

“Daşnaksyutun”un Mərkəzi Avropa regionu

Avstriyanın "Hay-dat" təşkilatı

Vyana ümumerməni gimnastika ittifaqı

"Daşnaksyutun"un Kanadadakı "Armen Qaro" tələbə ittifaqı

Monreal universitetinin erməni tələbə ittifaqı

Qonqortiya universitetinin erməni tələbə ittifaqı

"Daşnaksyutun"un Şimali və Cənubi İran mərkəzi komitələri

"Daşnaksyutun"un Yunanıstan mərkəzi komitəsi

Rövşən RƏSULOV