Türkiyə donanması döyüş vəziyyətinə gətirilib

25 Noyabr 2020 15:37 (UTC+04:00)

Türkiyə donanması döyüş vəziyyətinə gətirilib. SİA xəbər verir ki, Avropa İttifaqının “İrini” əməliyyatı çərçivəsində Türkiyə bayrağı ilə üzən “Roseline-A” ticarət gəmisinə basqın etməsindən sonra bu barədə qərar qəbul olunub.

Basqını təşkil edən gəmini yunan komandan idarə etdiyi üçün Aralıq dənizinin şərqində Yunanıstan gəmilərinə cavab vermək planlaşdırılır.

Türkiyənin beynəlxalq hüquq çərçivəsində qarşı tərəfə bənzər formada cavab verməsinin qarşısında heç bir əngəl yoxdur.