Mehriban Əliyeva Kəlbəcərin azad edilməsi münasibəti ilə xalqı təbrik etdi

25 Noyabr 2020 13:31 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".