Şəhidimizin məşhur ifasını Parisdə yaşayan pianoçu müşayiət edib VİDEO

25 Noyabr 2020 14:14 (UTC+04:00)

Sosial şəbəkələrdə ən çox paylaşılan görüntülərdən biri də 22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin çəkdiyi video olub. SİA-nın məlumatına görə, hərbçi yoldaşlarının əhatəsində "Vətən yaxşıdır" oxuyan xanəndənin ifasını bu dəfə Parisdə yaşayan bəstəkar-pianoçu Etibar Əsədli müşayiət edib.

Musiqiçi çəkdiyi görüntüləri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, X.Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. O, Bərdədəki 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar verib. Oktyabrın 23-də isə Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.