Narkotik alverçisi tutuldu

25 Noyabr 2020 13:22 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Talıbov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Talıbov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 46 qramdan artıq heroin, Sabunçu qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə əlavə 870 qram marixuana aşkar edilərək götürülüb.