Bakıda evdən oğurluq edildi

25 Noyabr 2020 13:16 (UTC+04:00)

Nəsimi rayonu ərazisindəki evlərin birindən soyğunçuluq yolu ilə pul və mobil telefon aparmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən soyğunçuluq yolu ilə 760 manat pul və mobil telefon aparmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Babayev və N.İbrahimov saxlanılıblar.