Böhran Ermənistanın yaxasını buraxmır - Covid-19 çöküşü

25 Noyabr 2020 13:14 (UTC+04:00)

Ermənistanda son sutka ərzində 1563 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 129 min 85-ə yüksəlib.

Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölənlərin sayı 38 nəfər artaraq 2002-yə çatıb.

Hazırda Ermənistanda 25 min 619 aktiv koronavirus xəstəsi var.