"Qarabağ – mədəniyyətimizin beşiyi”: Şərifan məqbərəsi

25 Noyabr 2020 13:30 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

SİA-nın məlumatına görə, tarixi abidə Zəngilan rayonunun Şərifan kəndində, Həkəri çayının sağ sahilində yerləşir. Qədim türbənin ancaq alt hissəsinin — sərdabəsinin qalıqları dövrümüzə qədər gəlib çatıb. Türbənin üst hissəsi dağılıb.

Şərifan sərdabəsi XIII—XIV əsrlərin qovşağında tikilmiş abidə hesab edilir.