Qonşu ölkədə koronavirusa 3 071 yeni yoluxma təsdiqlənib, 34 nəfər ölüb

25 Noyabr 2020 12:06 (UTC+04:00)

Gürcüstanda ötən sutkada koronavirusa 3 071 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər sağalıb, 34 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 114 889 nəfərə çatıb. Yoluxanların 95 581-i sağalıb, 1 085-i isə dünyasını dəyişib. Hazırda karantin rejimində 2 071, stasionar nəzarətdə 6 145 nəfər saxlanılır. 3 723 nəfər isə xüsusi otellərdə müalicə olunur.