Xaçmazda yanğın

25 Noyabr 2020 10:51 (UTC+04:00)

Xaçmaz rayonunda ümumi sahəsi 1200 m² olan bir dam altında tikilən birmərtəbəli evlərdən sahəsi 136 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və 1 otağının tavanı 6 m² sahədə, sahəsi 170 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.