Damla onu tənqid edənlərə cavab verdi

25 Noyabr 2020 09:44 (UTC+04:00)

Müğənni Damla sosial şəbəkədə ən çox tənqid edilən müğənnilərdən biridir.
SİA-nın məlumatına görə, izləyicilər hər dəfə ifaçının gah geyimini, gah saç düzümünü ələ salırlar. Buna görə də Damla paylaşımlarının əksəriyyətində şərh bölümünü bağlayır.

Bu dəfə isə sənətçi ünvanına yazılan tənqidlərə münasibət bildirib: "Kimsə başqalarının qüsurlarını hünərlə açıb ağardacaq qədər qüsursuz deyildir. Danışmağa başladığınız zaman birinci özünüzdən bəhs edin".