Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs qazanan ilk namizəd oldu. Bir çox ştatın hakimiyyəti sesvermənin nəticələrini hesablamağını hələ də davam edir.
SİA xəbər verir ki, NBC televiziya şirkəti bildirib ki, indiyə qədər ən azı 80 011 360 seçicinin C.Baydenə səs verdikləri və Ağ Evin hazırkı başçısı Donald Trampı 73 881 874 nəfər dəstəklədiyi artıq məlumdur.