Sabunçu rayonunda şəxsi evdə yanğın olub

25 Noyabr 2020 00:42 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 60 m² olan digər birmərətəbəli evin dam örtüyü 10 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.