Xalq artisti Əjdər Həmidov vəfat edib

24 Noyabr 2020 19:20 (UTC+04:00)

Xalq artisti Əjdər Həmidov vəfat edib. Bu barədə SİA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”.

Qeyd edək ki, aktyor bir sıra tamaşa və kinolarda uğurlu obrazları ilə yadda qalıb.