"Fransız aktyorlarının filmlərinin Azərbaycanda yayımlanması qadağan olunsun"

24 Noyabr 2020 17:17 (UTC+04:00)

Əməkdar artist Nərgiz Cəlilova ermənilərə dəstək olan fransız aktyorlarla bağlı sosial media səhifəsində fikrini bildirib. SİA-nın məlumatına görə, aparıcı paylaşımına bu sözləri qeyd edib: "Onların iştirakı ilə olan filmlər Azərbaycanda qadağan olunsun! Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar... Qarabağ həqiqətlərindən bixəbər olanlar".

Qeyd edək ki, içərisində məşhur aktyorların da yer aldığı 150-yə yaxın məşhur fransız ermənilərə dəstək üçün imza toplayıblar. Onlar arasında Alen Delon, Pyer Rişar, Jan Reno, Fanni Ardan, Jyulet Binoş, Klod Leluş və başqaları yer alıblar.