"Kurtlar Vadisi”nin aktyoru vəfat etdi

24 Noyabr 2020 17:04 (UTC+04:00)

Türkiyəli aktyor Devrim Parscan 83 yaşında vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda İstanbul Aktyorlar Birliyindən məlumat verilib. Qurumun "Twitter" səhifəsində aktyorun vəfatı ilə bağlı paylaşım edilib.

“Həmkarımız Devrim Parscan dünyasını dəyişib. Başda ailə üzvləri olmaqla bütün sevənlərinə baş sağlığı veririk. Başımız sağolsun” –deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Devrim Parscan bu günə qədər bir çox populyar ekran işində rol alıb. Onlar arasında “Kurtlar Vadisi”, “Bizim Aile” və “Çiçek Taksi” kimi seriallar var.