Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub

24 Noyabr 2020 16:48 (UTC+04:00)

Noyabrın 24-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğoşeh Bakı Kitab Mərkəzini ziyarət edib.

Mərkəzdən SİA-ya bildirilib ki, görüşdə Bakı Kitab Mərkəzi ilə səfirlik arasındakı əməkdaşlıq əlaqələrindən danışılıb, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Həmçinin görüş çərçivəsində İordaniya səfirliyi adından bu ölkənin mədəniyyətinə, tarixinə və siyasətinə həsr olunmuş 100-dən çox ərəb dilində kitab mərkəzə hədiyyə edilib.