“Türkiyənin böyük hərbi kontingenti bölgədədir və bu, heç də şou deyil” Erməni polkovniki

24 Noyabr 2020 16:11 (UTC+04:00)

“Müharibədə uduzmağın səbəblərini qiymətləndirmək üçün müstəqil peşəkar komissiya yaratmaq, situasiyanı düzgün qavramaq lazımdır, axı artıq Ermənistanın sərhədində ciddi fəlakət gözlənilir”. SİA xəbər verir ki, bu barədə tert.am-a istefada olan polkovnik, hərbi ekspert Hayk Naqapetyan deyib.

Hərbi ekspert ermənilərin Türkiyənin bölgədə aktiv fəaliyyətindən təlaş keçirdiyini gizlədə bilməyib. Onun sözlərinə görə, Türkiyə Naxçıvana kifayət qədər böyük hərbi kontingent göndərib və bu, heç də şou deyil.

O, eyni zamanda bildirib ki, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan 6 aylıq fəaliyyəti əks etdirən “yol xəritəsini” təqdim edərkən, ölkənin hərbi-siysi rəhbərliyi xalqı müharibəyə hazırlayan hər hansı bir prinsipial tapşırığı nümayiş etdirməyib.

Hərbi ekseprt: “Qoşunların pis idarə olunmasından ruh düşkünlüyünə, doğru olmayan əmrlərə, hərbi-siyasi rəhbərliyin panikaya düşməsinə qədər bütün səbəblər öyrənilməlidir”

“Artsaxın” (Qarabağın) rayonlarının verilməsindən sonra elə fikirləşirsiniz ki, Ermənistanın yüksək dağlıq istiqamətləri ərazisində proform (nəzarət) üçün dayanacaqlar? Təkrar edirəm, komissiyanı indi çağırmaq lazımdır. Üzvlərin böyük çoxluğu yüksək ixtisaslı hərbçilər olmalıdırlar, məsələn Norat Ter-Qriqoryanı, Arkadi Ter-Tadevosyanı və s. yol keçmiş apolitikləri dəvət etmək olar...”, deyə Hayk Naqapetyan bildirib.

Erməni hərbi analitiki iddia edib ki, məhz bu vasitə ilə biz hərbi sferada cavabdehliyi kimin daşıdığını öyrənib, siyasi əsaslara gəlinə bilər.

Hayk Naqapetyan qeyd edib ki, idarəçilikdə hansı problemlərin baş verdiyini işləyib-öyrənmək lazımdır: “Qoşunların pis idarə olunmasından ruh düşkünlüyünə, doğru olmayan əmrlərə, hərbi-siyasi rəhbərliyin panikaya düşməsinə qədər bütün səbəblər öyrənilməlidir. Təkrar edirəm, mən kifayət qədər inanıram ki, məhz tez-tez verilən siyasi qərarlar hərbi rəhbərliyin verdiyi qərarlara vetolar qoyub”.

Erməni polkovniki: “Erməni vətəndaşlarının haqqı var idi ki, orduda xidmət etməyən bir jurnalisti ölkənin baş naziri seçsinlər?”

Erməni hərbi analitiki hesab edir ki, bəzi hallarda hakimiyyətə dəstək göstərən mövcud cəmiyyətin bir hissəsi təhlükəlidir.

“Biz öz itkilərimizə səhvlərimizin bədəlini ödəyirik”, deyən Naqapetyan Nikol Paşinyana eyham vuraraq digər tərəfdən də Ermənistan vətəndaşlarını ittiham edib: “Məgər erməni vətəndaşlarının haqqı var idi ki, orduda xidmət etməyən jurnalisti ölkənin baş naziri seçsinlər? İndi biz 2018-ci ildə Ermənistanda 2020-ci ilin martında isə “artsaxda” səpilmiş acı toxumların bəhrələrini yeyirik. Biz gərək çox dərslər çıxaraq”.