Sumqayıtda yanğın baş verib

24 Noyabr 2020 15:42 (UTC+04:00)

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzildə 1 ədəd dolab və geyim əşyaları 4 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.