Rusiya Arayiki geri qaytardı Moskva icazə vermədi

24 Noyabr 2020 15:25 (UTC+04:00)

Qondarma rejim prezidenti Rusiyadan tələsik İrəvana dönüb. SİA xəbər verir ki, bu barədə Mediaport Telegram kanalı xəbər informasiya yayıb.

İnformasiyada bildirilir ki, Rusiyaya gizli səfər edən Arayik Arutyunyanı Ermənistana gətirən təyyarə Moskvadan yerli vaxtla saat 21:44-də havaya qalxıb və saat 01: 44-də İrəvana enib.

Yeri gəlmişkən, Arayik Arutyunyanı müşayiət edən təhlükəsizlik işçisinin Rusiya sərhədindən keçməsinə icazə verilməyib. Daha dəqiq desək, Moskva Arayiki geri qaytarıb.

“Xatırladaq ki, qondarma rejim rəhbəri 25 noyabr tarixinə qədər Moskvada qalmalı idi, lakin Arutyunyan səfərini yarımçıq qoyaraq Ermənistana qayıdıb. Arayik öz vəzifəsini qorumaq, davam etdirmək üçün Rusiyaya getmişdi, lakin Nikol Paşinyan və Anna Akobyan onun yerini, vəzifəsini Samvel Babayana təhvil vermək fikrindədir və bu baxımdan səyləri əbəsdir. Arutyunyanın mətbuat katibi dünən bütün gün ərzində telefon zənglərinə cavab verməyib. Üstəlik, Qarabağ prezidentinin Rusiya Federasiyasına getməsi faktını gizlətmək üçün bir neçə gün əvvəl baş tutan görüşlə bağlı bir mesaj da yaymışdı”, deyə Mediaport yazır.