Daha bir əliqanlı erməni general gəbərdi

24 Noyabr 2020 14:51 (UTC+04:00)

Ermənistanın sabiq müdafiə nazirinin müavini Astvatsatur Petrosyan ölüb. Erməni KİV-lərinin məlumatına görə, 67 yaşlı generalın ölümünü oğlu Sipan Petrosyan elan edib.

Qeyd edək ki, A.Petrosyan 1992-ci ildə Ermənistan müdafiə nazirinin köməkçisi təyin olunub. O, birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra, 1993-cü ildən 2000-ci ilədək müdafiə nazirinin müavini olub.

Sonralar isə fövqəladə hallar nazirinin müavini təyin edilib.

Maraqlıdır, Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Qələbəsindən sonra Dağlıq Qarabağın işğalında, Xocalı soyqırımının törədilməsində əli olan bütün hərbçilər, generallar, əliqanlı şəxslər bir-birinin ardınca gəbərirlər, yaxud ölüm ayağındadırlar, işğalın baş ideoloqu Zori Balayan kimi.