Patoloji degeneratlar TƏHLİL

24 Noyabr 2020 15:03 (UTC+04:00)

Nikol Paşinyan təxminən bir həftədir hökuməti dəyişir. Etibarlı məlumata görə, o, hökumətin 80% -ni dəyişdirəcək. Keçən həftə Əmək və Sosial İşlər Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Müdafiə Nazirliyində və Xarici İşlər Nazirliyində yeni nazirlər təyin edildi.

Ədliyyə və səhiyyə nazirlərinin də dəyişəcəyi barədə şayiələr var. Dünən növbə Təhsil və Elm Naziri Arayik Arutyunyana gəldi, Arik Anapiosyan, Janna Andreasyan olmaqla bir neçə əvəzedicinin adları da şayə olaraq dövriyyəyə buraxılıb. Bununla yanaşı, Nikol Paşinyanın seçimi İrəvan Dövlət Universitetinin İnformatika və Tətbiqi Riyaziyyat Fakültəsinin dekanı Vaqram Dumanyanın namizədliyi ilə yekinlaşdı.

Xatırladaq ki, əvvəlki Arayik Arutyunyan da Ter-Petrosyanın komandasından idi, onun Paşinyanın təklifi ilə yeni nazir seçdiyini elan etməsi də diqqət çəkir. Əslində, indi Ermənistanın ən uğursuz, ən utanc verici, ən peşəkar olmayan kadrları hökumət sistemində əsas oyunçu olmaqda davam edir.

Noyabrın 10-dan sonra erməni cəmiyyəti, eləcə də bir çoxları uğursuzluqları, məğlubiyyətləri fonunda başda elə erməni baş nazir olmaqla hazırki hökumətin məsuliyyətlə yola düşəcəyi, siyasi meydanı tərk edəcəyi qənaətində idi. Amma hamı şahidi oldu ki, ölkəni baş nazirlə birlikdə məhv etməyə hazır olan, buna bir növ qərar verənlər, əvəzində vəzifələrini, postlarını itirməməyə çalışan çox sayda səlahiyyətlilər var.

Müharibədəki biabırçı məğlubiyyətin və torpaqların təslim edilməsinə cavabdeh bir şəxsin rəhbərlik etdiyi bir hökumətdə nazir olmağa hələ də razı olanları erməni cəmiyyəti qınayır. Ermənis cəmiyyəti tərəfindən xəyanətdə ittiham olunan bir baş nazirlə bərabər, yanaşı çalışanlara, buna razılıq verənlərə də antipatiya müşahidə edilir. Kütlə elə düşünür ki, xain bir hökumətin bir hissəsi olmaq, xəyanətkar baş nazirin adamına çevrilmək hər kəsi nüfuzdan salır.

Ermənistan vətəndaşları, ümumilikdə erməni cəmiyyəti bir xainin yanında olmaqla kimsənin öz postunu qoruyacaq ümidlərini, arzularını puç hesab edir. Hesab edir ki, təslim olan heç bir hökumətin davam etməsi tarixdə görünməyib və Ermənistanda da bu mümkün olmayacaq. Amma müşahidələr tamam başqa məqamlardan xəbər verir və görünən də odur ki, Nikol paşinyan başda olmaqla səlahiyyətlilər kürsülərindən möhkəm yapışıblar, mümkün qədər öz hakimiyyətlərinin müddətini uzatmaqda israrlıdırlar. Nikol Paşinyanın cangüdənlərinin sayının artması faktı təsdiq edir ki, o kütlənin qəzəbini, antipatiyasını, onu qəbul etmədiyini yaxşı başa düşür və qəbul edir. Amma bununla yanaşı hələ də öz vəzifəsində qalmaqda davam edir və kütlənin istefa tələbini hesaba almaq fikrində olmadığı aydın olur.

Ermənistan adlı işğalçı ölkədə indi xaos hökm sürür və bu qarışıqlıq səngimək bilmir. Heç səngiyəcəyi də inandırıcı görünmür. Çünki, qarışıqlığın aradan qaldırılması üçün nə bir səbəb var, nə onu aradan qaldıracaq bir lider, nə də bunun üçün ölkənin potensialı. Müharibə məğlubiyyəti bir növ erməni cəmiyyəti yuxudan oyatdı. Özlərini, öz vəziyyətlərini görməli oldular ermənilər və bütün məhrumiyyətləri, səfalətləri fonunda itgilərlə də qarşılaşmalı oldular. Birinci Qarabağ müharibəsində də, sonuncuda da boş yerə itgilər verdiklərini anlayan ermənilərin qəzəbi başadüşüləndir. Onlar düşdükləri vəziyyətdən özlərini çıxaracaq bir lider görmürlər. Hətta bir zaman küçələrdə hay-küy salan birinin, bir küçə nümayişçisinin sözlərinə inanıb onun dövlət çevrilişi ilə hakimiyyəti zəbt etməsinə də göz yumanlar daha çox qəzəblidirlər və bundan sonra ona və digərlərinə inam yoxdur. Həm də axı kimə inanmalıdır bu kütlə? Onlar üçün bu bəlaların özülünü qoyan bundan əvvəlki hakimiyyətəmi? Yoxsa, indiki fəlakətlərini reallaşdıran, rəsmən təsdiqləyən hazırki populist, yalançı hakimiyyətəmi? Bəlkə, erməni cəmiyyətində onları bu bəladan xilas edəcək hansısa bir lider, bir ağıllı var? Yoxdur. Olmuş olsaydı, bu zamana qədər kütləni başa salardı ki, işğalçılıq, separatçılıq, terrorçuluq, qəsbkarlıq kimi bir dövlət siyasətinin sonu yoxdur və bu fəlakət deməkdir, hansı ki, hal-hazırda onlar üz-üzədirlər.
Onsuz da işğalçı ölkədə anarxiyanın hökm sürdüyü və Paşinyan rejiminin son əzabları da artıq göz qabağındadır. Bu hökumət günlərini sayır. Bir gün, bir həftə, ola bilsin ki, bir ay beləcə davam edə bilərlər. Amma bunun da sonu olacaq və diz çökəcəkləri günün uzaqda olmadığına zərrə qədər də şübhə yeri yoxdur. Ələlxüsus, hələ də aldadılan, hansısa torpaqlar barədə vədlərlə tovlanıb susdurulan ermənilər dekabr ayının əvvəlindən etibarən həqiqətləri öz gözləri ilə gördüyü saman ölkədəki rezonansı təsəvvür etmək kifayətdir ki, bunun Nikol və onun komandası üçün hansı nəticələr verəcəyi qənaətinə gəlmək olsun.

Maraqlıdır, kütlə erməni baş nazirinin istefası tələbi ilə hələ də meydanlardadır və yığışmaq haqqında da düşünmürsə, bir tərəfədən də onu xain adlandırırsa, belə olan halda xainin ortağı olmağa, bir siyasi cəsədin rəhbərliyi altında işləməyə, onunla yanaşı olmağa razı olan patoloji ləkələr nə düşünürlə və necə razılaşırlar buna? Bilmirlərmi ki, onlar xain adlandırılan baş nazirlə birlikdə meydanı tərk etməklə canlarını qurtara bilməyəcəklər və onlara da məhz Nikola vurulan xain damğası yapışdırılacaq? Bunun kiminsə anlamaması ağlasığan deyil və belə olan halda aydın olur ki, bu cəmiyyətin ünsürlərində vəzifə bir patologiyadır və bundan xilas olmaları mümkünsüzdür. Elə Serj Sarkisyanın da, ondan əvvəlki Koçaryanın da, Petrosyanın da beləcə dörd əllə kürsülərindən yapışdıqları unudulan deyil. Ən azından, bunu erməni cəmiyyəti unutmaz. Məhz bu baxımdan, ayının yüz oyununun bir armuda görə olması misalında, Nikol Paşinyanın küçədə bağırtılarının, canfəşanlığının da vəzifə, post əldə etmək niyyəti ilə olduğu erməni cəmiyyətində çoxdan başa düşülüb.
Özündən əvvəlkinin bəd əməllərlə, yalançılıqla, çürük əqidəyə qulluq etməklə, işğalçılıq, terrorçuluq, separatçılıq siyasəti ilə hakimiyyətdə nəinki qala bilməməsi, ələlxüsus rüsvayçılıqla qovulmasını görənlər bundan nəticə çıxarmırlarsa, deməli bunlarda cismani, ruhi pozğunluqlar var. Belə degeneratların birinin-digərini əvəz etməsi isə erməni cəmiyyətinin başında çatlayır və arası kəsilməyən ardıcıllıq ermənilərə yaxşı heç nə vəd etmir. Bu, bir növ patoloji hesab olunur və indi belə bir bəladan qurtulmaq Ermənistan üçün ən prioritet məsələ olmalıdır.