Azərbaycan hərbçilərindən növbəti humanist addım - VİDEO

24 Noyabr 2020 14:27 (UTC+04:00)

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilırə məskunlaşdırılmış ermənilər əvvəlki yaşayış yerlərinə göndərilir. Və bu proses ermənilərdən fərqli olaraq heç bir erməniyə güc tətbiq etmədən, humanizm prinsipləri əsasında yerinə yetirilir. Bununla da Azərbaycan bəzi dairələrdə ölkəmiz barəsində formalaşdırılmış qərəzli münasibəti dəyişməyi bacarıb.

Bunu Ağdam rayonunun Gülablı kəndindən öz istəkləri ilə çıxan erməni ailələr də təsdiq edirlər. Aşağıdakı videoda Ağdamın Gülablı kəndində hərbçimizlə bu kəndi tərk edən sakinlər arasında dialoqdan bəhs edilir. Orada məskunlaşmış ermənilər qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət edirlər. Hərbçilərimiz də yardım edir.

Eyni zamanda hərbçimiz həmin insanlara kənddə qalmalarını və onlara qarçı heç bir zorakılığın olmayacağını, Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda ölkəmizin digər vətəndaşları kimi onların da bütün hüquqlarının tanınacağı barədə izahat verir. SİA həmin videonu təqdim edir: