Qurddan nişanlısına: "Bundan sonrakı həyat yolumuzu evli olaraq davam edərik" FOTO

24 Noyabr 2020 15:25 (UTC+04:00)

“Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminov nişanlası Leyla Namazzadə ilə bir il bundan öncə çəkdirdiyi şəklini sosial media səhifəsində yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı paylaşımına bu sözləri qeyd edib: "Bu şəkilin bir ili tamam olur. Həyatım, səni cox sevirəm. Nə yaxşı ki, varsan.

Səninlə bir ili birgə nişanlı olaraq keçirdik. Arzu edirəm bundan sonrakı həyat yolumuzu evli olaraq davam edərik".

Nəzərinizə çatdıraq ki, Qurdun nişanlısı məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Qeyd edək ki, reper bir dəfə ailəli olub. Onun bu evlilikdən iki oğlu var.