"Ən böyük arzum Laçında konsert verməkdir" VİDEO

24 Noyabr 2020 14:31 (UTC+04:00)

Müğənni Əhməd Mustafayev xalq mahnısı olan "Ay Laçın" mahnısını yeni aranjemanda ifa edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Bir həftə bundan öncə yuxumda gözəl təbiəti olan bir yerdə gəzə-gəzə bu tərzdə "Ay Laçın" mahnısını oxuyurdum. Soruşuram ki, bura haradı? Deyirlər ki, bura Laçındır.

Ən böyük arzumdur ki, İnşAllah gələn il Laçında bu mahnı ilə konsert vermək qismət olar".