Avtomobil aşdı, sürücü öldü

24 Noyabr 2020 12:36 (UTC+04:00)

Lerik rayonunun Piran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 23-də saat 15 radələrində Lerik rayonunun Piran kəndi ərazisində Cəlilabad rayon sakini Davud Əliyev idarə etdiyi “Niva” markalı avtomobili aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.