Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Erməni rəqibi Levon Aronyana qalib gəlib. SİA xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.
Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.
Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üç günlük mübarizədən sonra pley-off mərhələsi start götürəcək.