Suraxanı rayonunun polis rəisi yüksək vəzifəyə təyin edildi

24 Noyabr 2020 12:10 (UTC+04:00)

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. SİA-nın verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.