Zamiqdən oğluna: "Ömrünün sonuna qədər şəhidləri yad etmək borcundur" FOTOLAR

24 Noyabr 2020 12:16 (UTC+04:00)

Müğənni Zamiq Hüseynov 1 yaşlı oğlu ilə Şəhidlər Xiyabanına yollanıb. SİA-nın məlumatına görə, sənətçi övladı ilə oradan çəkdirdiyi şəkilləri sosial media hesabında yayımlayıb. O, paylaşımına bu sözləri əlavə edib: "Onlar sənin gələcəyin, xoşbəxt, rahat, başıdik yaşamağın üçün canlarından, qanlarından keçərək şəhid oldular. Ömrünün sonuna qədər onları yad etmək, təşəkkür bildirmək, ruhları qarşısında baş əymək sənin borcundur. Allah bütün şəhidlərimizə rəhmət eləsin".