Ruhi Əliyevaya ağır itki: "Kaş ki, yuxu olardı" FOTO

24 Noyabr 2020 11:11 (UTC+04:00)

Müğənni, iş xanımı Ruhi Əliyevaya ağır itki üz verib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Bu xəbər mənim kimi bütün səni sevənləri çox sarsıtdı. İnanmağım gəlmir. Bibimin nəvəsi, əzizimiz Emil avtomobil qəzasında dünyasını dəyişib. Gözəl bala, ölüm sənə yaraşmadı. Ömrünün bahar çağında, ürəyində min arzu ilə bu dünyadan köçdün. Kaş ki, bu, bir yuxu olardı. Allah sənə rəhmət eləsin".