Rusiyada zavodda partlayış: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

24 Noyabr 2020 10:57 (UTC+04:00)

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən “Avanqard” partlayıcı maddələr istehsal edən zavodda partlayış olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Səhiyyə Nazirliyindən bildirilib. Sterlitamak şəhərində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. “Avanqard”da neft-qaz sənayesi və Rusiyanın Müdafiə Nazirliyi üçün partlayıcı istehsal olunur. Zavodun məhsullarından hərbi sahədə reaktiv sistemlərin sursatının yayılım atəşinin utilizasiyasında istifadə edilir. “Avanqard”ın Rusiya Ticarət Sənayesi Nazirliyinin tabeliyində olduğu bildirilib.