Şirvan şəhərində 69 yaşlı kişi tüstüdən boğularaq ölüb

24 Noyabr 2020 08:23 (UTC+04:00)

Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 30 a ünvanında ölüm hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Məlik oğlu yatdığı vəziyyətdə üzərindəki örtük elektrik qızdırıçısının üstünə düşüb. Örtüyün tüstüləməsi nəticəsində B.Əhmədov boğularaq ölüb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.