İspaniya Kralının təmasda olduğu bir şəxsin sonradan koronavirusa yoluxduğu müəyyən edilib

24 Noyabr 2020 07:21 (UTC+04:00)

İspaniya Kralı VI Filipin bazar günü təmasda olduğu bir şəxsin sonradan koronavirusa yoluxduğu müəyyən edilib.

SİA-nın yerli “english.elpais.com” saytına istinadən verdiyi məlumata görə, bu səbəbdən monarx sanitariya normalarına riayət edərək, 10 gün ərzində öz təcrid etmək qərarına gəlib.

Qeyd edək ki, İspaniyada pandemiya başlayandan bəri 1,58 milyondan çox yoluxma hadisəsi qeydə alınıb. Yeni növ virusdan ölənlərin sayı 43 mini ötüb.