BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək

24 Noyabr 2020 00:35 (UTC+04:00)

BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti Dağlıq Qarabağda xüsusi missiyasının yerləşdirilməsi üçün dekabr ayının əvvəlində burada lazımi yardımın qiymətləndirilməsinə başlamağı planlaşdırır.

SİA-nın məlumatına görə, bu barədə "TASS" agentliyinə BMT-nin Sülhməramlı Əməliyyatları Departamentinin rəsmi nümayəndəsi bildirib.

Rəsmi nümayəndə deyib: "BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti tərəflərin istəyi və BMT-nin digər bölmələri, yerdəki ölkə nümayəndələri ilə koordinasiyada təcili olaraq Dağlıq Qarabağda missiyanın yerləşdirilməsi üzərində işləyir. Ehtimal ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq".