Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 542 min nəfərdən çox artıb

23 Noyabr 2020 23:45 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 542 mindən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 542 757 nəfər yeni koronavirusa yoluxub, 7 825 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 58 425 681, ölənlərin isə 1 385 218 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.