"Sabah" uzun fasilədən sonra ilk qələbəsini qazanıb

23 Noyabr 2020 17:53 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

SİA xəbər verir ki, son oyun gününə bir görüş keçirilib. "Sabah" öz meydanında "Səbail"lə qarşılaşıb. Ardıcıl 6 oyundur məğlub olan meydan sahibləri bu görüşdə tilsimi qıraraq 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, daha əvvəl noyabrın 21-nə nəzərdə tutulan bu oyun qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınmışdı.



23 noyabr

Azərbaycan Premyer Liqası, 10-cu tur

16:00. "Sabah" - "Səbail" - 2:1
Qollar: Amadu Diallo, 11 (1:0), Amin Seydiyev, 33 (2:0), Rauf Əliyev, 90+5 (2:1)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Bank Respublika Arena


21 noyabr

"Qarabağ" - "Sumqayıt" - 6:1


22 noyabr (bazar)

“Zirə” – “Keşlə” - 3:1

“Qəbələ” – “Neftçi” - 1:4

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 5 3 1 26-6 18
2 Zirə 10 5 3 2 12-9 18
3 Neftçi 10 5 2 3 11-13 17
4 Sumqayıt 10 4 3 3 13-15 15
5 Keşlə 10 3 3 4 11-15 12
6 Sabah 10 3 0 7 10-13 9
7 Səbail 9 2 3 4 10-12 9
8 Qəbələ 10 1 5 4 8-18 8