Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri

23 Noyabr 2020 20:01 (UTC+04:00)

Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 Noyabr 2020-ci il tarixində azad edilmiş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib. SİA-nın məlumatına görə, xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb: "Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb".