Ermənistanın süqutu: "İmkanlarımızı çox qiymətləndirdik" Le Monde yazır

23 Noyabr 2020 15:06 (UTC+04:00)

Ermənilər 1993-cü ildə Azərbaycana qarşı apardıqları müharibədə əldə etdikləri qələbədən bəri ordularının yenilməz olduğuna inanırdılar. Ancaq qonşularının - Azərbaycanın rəhbərlik etdiyi hücumun miqyası və ordusunun üstünlüyü sarsıdıcı məğlubiyyətə və minlərlə gənc döyüşçünün ölümünə səbəb oldu. SİA xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti yazıb.

Qəzetdə dərc olunan məqalədə oxuyuruq: Erməni və azərbaycanlı olan iki icmanın qəlbinə çox yaxın olan strateji Şuşa qalası Bakı tərəfindən geri alındı. Və yumağa dönmüş "Artsax Respublikası"nın paytaxtı Stepanakert indi Rusiya ordusunun nəzarətində olan kövrək bir dəhlizlə Ermənistanla əlaqələndirilərək necə yaşayacağını maraqla gözləyir.

Ermənistanın Dağlıq Qarabağdakı hərbi marşı (1988-1994) Azərbaycan tərəfindən üç onillik işğaldan sonra fiaskoya uğradı. Münaqişə zamanı mülki şəxslər arasında (Ermənistan 45, Azərbaycan tərəfində 93) və hərbçilər arasında ölənlər və yaralananlar oldu.

Qarabağ cəbhələrində 27 sentyabr - 9 noyabr arasında nələrin olduğunu anlamaq ermənilər üçün vaxt aparacaq, bu qədər özünəgüvənc, qarşı tərəfin gücünü dəyərləndirməmək Ermənistanın məğlubiyyətini şərtləndirən əsas amillərdəndir.