Xalq artistinin bacısı oğlu şəhid oldu VİDEO

23 Noyabr 2020 17:17 (UTC+04:00)

Xalq artisti Zabit Nəbizadənin bacısı oğlu Xalid şəhid olub. SİA-nın məlumatına görə, xanəndə bu haqda verilişlərin birində deyib: "Xalidin şəhid xəbərini valideynlərindən qabaq dayıları bildi. Böyük qardaşımın sinif yoldaşı dedi ki, Xalid ölüb. Anasına demədik, 3 gün gizlətdik. Müharibənin qızğın vaxtı idi, komissarlığa xəbər etdik. Üç gündən sonra cəsədi tapıb gətirdilər. İki qardaş idilər, ikisi də hərbidə idi".