Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışlayır

23 Noyabr 2020 16:10 (UTC+04:00)

Avropa Şurasının (AŞ) Baş katibi Xarici İşlər naziri Ceyhun Bayramovun məktubunu cavablayıb. SİA-ya bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.