Tibbi maskalardan istifadə ilə bağlı - DİN-dən xəbərdarlıq

23 Noyabr 2020 16:03 (UTC+04:00)

DİN Mətbuat xidmətindən mətbuata verilən açıqlamada bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz. SİA xəbər verir ki, verilən məlumata görə, parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil: "Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər.

Küçədə, parkda insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır”.