XİN: “İsveçin təqdim etdiyi müraciətə baxılır”

17 May 2011 16:44 (UTC+04:00)

"İsveç jurnalistlərinin ölkədən deportasiya olunması ilə bağlı aprelin 20-də Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim olunmuş müraciətə baxılır". Bu sözləri SİA-ya açıqlamasında Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Elxan Poluxov bildirib: "Hazırda bununla bağlı müəyyən strukturlar iş aparır. Notaya cavab veriləndə bu barədə ictimaiyyət məlumatlandırılacaq".