Almaniyada polislə silahlı qarşıdurma: ölən və yaralanan var

23 Noyabr 2020 14:42 (UTC+04:00)

Almaniyanın Bonn şəhəri yaxınlığında yerləşən Mekkenhaymda naməlum şəxslə polis əməkdaşları arasında baş verən atışma nəticəsində polis əməkdaşı yaralanıb, hadisəni törədən öldürülüb. SİA-nın xəbərinə görə, məlumatı “RİA Novosti” yayıb. Hadisəni Bonn şəhər prokurorluğu və cinayət polisi araşdırır. Cinayətin motivi və onu törədənin şəxsiyyəti barədə məlumat yayılmayıb.