Oğurluq üstündə tutuldular

23 Noyabr 2020 14:07 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Mingəçevir sakini S.Əlişov və Ağcabədi rayon sakini E.Quliyev saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri A.Əliyevə və R.Yusufova məxsus 3 baş inəyi oğurlamaqda şübhəli bilinən Mingəçevir sakini, əvvəllər məhkum olunmuş S.Əlişov və Ağcabədi rayon sakini E.Quliyev saxlanılıblar.