Seyran Ohanyan axtarışa verildi

23 Noyabr 2020 12:59 (UTC+04:00)

Azərbaycan tərəfi Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib. SİA-nın məlumatına görə, təqsirlndirilən şəxs barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında təqdimata baxılıb və təmin edilib. Məhkəmənin qərarı ilə S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.