Qazaxda yanğın

23 Noyabr 2020 11:07 (UTC+04:00)

Qazax rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 38 m² sahədə və çardağı 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.