“İnter” və “Milan”dan vacib qələbələr

23 Noyabr 2020 01:46 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

“İnter” bu tur çərçivəsində Turinin “Torino” klubunu qəbul edib və inamlı qələbəyə sevinib. “Roma” “Parma”nı, “Udineze” isə “Cenoa”nı məğlub yola salıb.

“Fiorentina” evdə “Benevento”ya, “Sampdoriya” “Bolonya”ya, “Verona” isə “Sassuolo”ya uduzub.

Turun mərkəzi görüşü Neapolda keçirilib. Lider “Milan” burda Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli”ni məğlub edib.

İtaliya A Seriyası

8-ci tur

21 noyabr

Krotone – Latsio 0:2

Qol: İmmobile, 21. Korrea, 58.

Spetsiya – Atalanta 0:0

Yuventus – Kalyari 2:0

Qol: Ronaldo, 38; 42.

22 noyabr

Fiorentina – Benevento 0:1

Qol: İmprota, 52.

Roma – Parma 3:0

Qol: Mayoral, 28. Mxitaryan, 32; 40.

İnter – Torino 4:2

Qol: A.Sançes, 64. Lukaku, 67; 84-pen. L.Martines, 90 – Zaza, 45+2. Ansaldi, 62-pen.

Sampdoriya – Bolonya 1:2

Qol: Torsbi, 7 – Recini, 44-öz qapısına. Orsolini, 52.

Verona – Sassuolo 0:2

Qol: Boqa, 42. Berardi, 76.

Udineze – Cenoa 1:0

Qol: De Paul, 34.

Napoli – Milan 1:3

Qol: Mertens, 63 – İbrahimoviç, 20; 54. Hauqe, 90+5.