Gəncə sakini olan qadın dərmandan zəhərlənib

22 Noyabr 2020 22:29 (UTC+04:00)

Gəncə sakini olan qadın dərman preparatından zəhərlənib.

SİA-nın məlumatına görə, 1979-cu il təvəllüdlü L.K. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.