Daha 350 erməni meyiti Ermənistana təhvil verildi

22 Noyabr 2020 15:57 (UTC+04:00)

Azərbaycan 350 nəfər erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib. SİA xəbər verir ki, bu barədə Sputnik Armeniya saytı məlumat yayıb.

Saytın yaydığı məlumata görə, meyitlər Şuşa, Xocavənd (Martuni), Qırmızı Bazar və Suqovuşan ərazilərindən götürülüb. Hazırda meyitlərin toplanması prosesi davam edir, deyə erməni saytı məlumatda qeyd edib.