Rumıniyada koronavirusa yoluxanların sayı 413 min nəfərə çatıb

22 Noyabr 2020 03:01 (UTC+04:00)

Rumıniyada koronavirusa yoluxanların sayı 412 min 808 nəfərə çatıb.

SİA Rumıniya səhiyyə nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 9 min 685 yeni yoluxma hadisəsi qeydə alınıb. Ölkədə koronavirusdan ölənlərin sayı 9 min 916 nəfər təşkil edir. 287 min 310 nəfər isə xəstəlikdən sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.